Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yuxarı sinif şagirdlərinin iştirakı ilə sahibkarlıqla bağlı seminarlar təşkil olunub

16 mart 2015 | 16:00

“Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Zaqatala rayonunun Zərifə Əliyeva adına Liseyində və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “İnkişaf etmiş ölkələrin iqtisadi təcrübələrindən istifadə edərək bazar iqtisadiyyatı şəraitində Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin əhəmiyyətli rolu” adlı layihə çərçivəsində seminarlar keçirib.

Seminarlarda layihənin rəhbəri Hafiz Əzəmmədov və təlimçi Səbuhi Aslanov yuxarı sinif şagirdlərinə sahibkarlıq anlayışından, sahibkarlığın mahiyyəti, məqsədi və vəzifələrindən, sahibkarlıq fəaliyyətindən, onun inkişafında marketinq və reklam xidmətlərinin rolundan, reklam və marketinqin növlərindən bəhs ediblər. Çıxışlarda ölkəmizdə bu sahədə aparılan siyasət və görülən işlər, eləcə də “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitablar paylanılıb.

 

Keçidlər