Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bu günədək 3600 hektardan çox sahədə yazlıq bitkilər əkilib

04 aprel 2015 | 15:00

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil qaydada davam etdirilir.

İndiyədək rayonda 3642 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 128 hektar çoxdur. Məhsul istehsalçıları 1100 hektar sahədə kartof, 836 hektar sahədə tərəvəz, 308 hektar sahədə qarğıdalı, 15 hektar sahədə bostan bitkiləri əkib, 1383 hektar sahəyə yonca səpiblər. Ümumiyyətlə, bu il rayonda yazlıq bitkilərin əkin sahələrinin 15 min hektara çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, hazırda rayonun təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün taxıl əkilmiş 12 min 148 hektar sahəyə aqrotexniki xidmət işləri də davam etdirilir.

 

Keçidlər