Zaqatala taxılçıları buğda əkinlərinə görə 180 min manatdan çox yardım alacaq
Zaqatala rayonunda 2015-ci ilin məhsulu üçün buğda əkilmiş 4 min 540 hektar sahənin becərilməsinə görə 865 nəfər buğda istehsalçısına dövlət büdcəsindən yardımın verilməsinə başlanılıb. Veriləcək yardımın ümumi məbləği 181 min 586 manat təşkil edir. Fermerlər yardım üçün ayrılmış vəsaiti “Kapital Bank” ASC-nin rayon filialının bankomatları vasitəsi ilə alırlar.
Bu yardım Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 13 noyabr tarixli qərarına uyğun olaraq verilir.
Bundan əlavə, cari ilin birinci rübündə Zaqatala rayonunda fermer təsərrüfatlarına güzəştli qaydada 207 min 826 manat dəyərində mineral gübrələr də satılıb.