Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

01 aprel 2012 | 15:00

31 mart 2012-ci il tarixdə Zaqatala rayonunda “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icar hakimiyyətinin başçsı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanalrının rəhbərləri və rayon ictimaiyyət nüamyəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət etmiş, tər çiçəklər düzmüş, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətin obyektiv mənzərəsini təsvir etmək, ona siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasətii hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edənlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsil soyqırım siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliyini bildirmişlər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.
 

Keçidlər