Zaqatalada soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
31 mart 2015-ci il tarixdə Zaqatala rayonunda “31 mart-Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcar Hakimiyyətinin başçsı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanalrının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət etmiş, tər çiçəklər düzmüş, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “31 Mart -Tarixin qanlı salnaməsi” adlı geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətə siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edən Rayon Məhkəməsinin hakimi Arif İsmayılov, YAP Zaqatala rayon Gənclər Təşkilatının sədri Ramin Həsənov və Göyəm kənd tam orta məktəbinin direktoru Dürdanə Qurbanova erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu qeyd etmiş, ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlıların öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini xüsusi vurğulamışlar.
Çıxış edən digər natiqlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırım siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliklərini bildirmişlər.