Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun 33 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb

31 mart 2015 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə əhalisinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da mütəşəkkil qaydada davam etdirilir.

Zaqatala rayonu üzrə 75 min 571 nəfərin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub. Fevralın 2-də başlanan aksiyadan indiyədək 53 min nəfərə yaxın sakin yararlanıb. Rayonun 33 yaşayış məntəqəsində tibbi müayinələr tam başa çatıb. Müayinədən keçənlərin 3169 nəfərinə ambulator müalicə təyin olunub, 52 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha geniş müayinəyə ehtiyacı olan 13 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Vətəndaşlara xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.

Müayinələrin keçirildiyi tibb müəssisələrinə hər gün yüzlərlə sakin müraciət edir. Onlar əhalinin sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək qiymətləndirir, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər