2025-ci ilin ilk səyyar qəbulu Bəhmətli kəndində keçirilib
09 yanvar 2025 | 10:40
Rayon rəhbərinin 2025-ci ildə ilk səyyar qəbulu Bəhmətli kəndində keçirilib.
Görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak ediblər. Ümumilikdə 78 nəfərin iştirak etdiyi görüşdə vətəndaşları narahat edən əsas problem kəndin elektrik infrastrukturunun yenilənməsi, mövcud transformatorun daha güclüsü ilə əvəz edilməsi və kəndin suvarma su sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər olmuşdur.