Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada idmanın müxtəlif növləri üzrə rayon birinciliyi keçirilib

05 mart 2015 | 16:00

Zaqatala rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir.

Rayon gənclər və idman idarəsinin tədbirlər planına uyğun olaraq, martın 2-dən 5-dək Uşaq-Gənclər İdman Məktəbində oğlan və qızlar arasında voleybol və basketbol üzrə rayon birinciliyi keçirilib. 200-dək məktəblinin qatıldığı yarışlarda rayonun Maqov, Paşan, Suvagil və Aşağı Tala kənd məktəblərinin komandaları fərqləniblər.

Şahmat Məktəbində isə şahmat və dama üzrə rayon birinciliyi təşkil olunub. Yarışlarda 60-dan çox yeniyetmə idmançı iştirak edib.

Tədbirlər planına uyğun olaraq, martın 5-də Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr arasında cüdo idman növü üzrə rayon birinciliyinə də start verilib.

 

Keçidlər