Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda yeni sosial obyektlər istifadəyə verilmişdir

28 mart 2012 | 15:00

Novruz bayramına həsr olunmuş silsilə tədbirlər çərçivəsində Zaqatala rayonunda bir sıra sosial təyinatlı obyektlər əhalinin istifadəsinə verilmişdir.
Qımır kənd həkim məntəqəsinin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək son illər Zaqatala rayonunda bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. İcra başçısı sakinləri xalqımızın ən əziz bayramlarından olan Novruz münasibətilə təbrik etmiş, tibb işçilərinə əhalinin sağlamlığının qorunması işində uğurlar arzulamışdır. Kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyəti tərəfindən məntəqəyə yeni televizor hədiyyə edilmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra həkim məntəqəsinə baxış olmuşdur.
Rayon rəhbərliyi daha sonra Zaqatala şəhərinin Faiq Əmirov küçəsində daxili imkanlar və şəhər bələdiyyəsinin vəsaiti hesabına inşa edilmiş “xeyir-şər evi”nin açılışında iştirak etmişdir. M. Əhmədzadə sakinləri Novruz bayramı münasibətilə təbrik etmiş, bu ictimai binada ancaq toy-nişan mərasimlərinin keçirilməsini arzulamışdır. Sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, sahəsi 240 kvadratmetr olan 200 yerlik “xeyir-şər evi” ərazidə yerləşən 5 ictimai yaşayış binasının 800 nəfərdən çox sakininə, eləcə də yaxınlıqda yaşayan əhaliyə xidmət göstərəcəkdir.
Həmin gün rayonun Göyəm kəndi ərazisində dəmiryolu dayanacağının istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir. Məlumat verilmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-in vəsaiti ilə Yevlax-Balakən dəmir yolunun 151-ci kilometrliyində inşa edilən bu dayanacaqdan rayonun Göyəm, Maqov, Danaçı zonasında yaşayan 30 mindən artıq kənd əhalisi, habelə şəhər sakinləri istifadə edəcəkdir. Dayanacağın istifadəyə verilməsi nəticəsində bu ərazidə yaşayan əhalinin əlavə olaraq 25 kilometr məsafə qət edərək stansiyaya getmək problemi birdəfəlik aradan qalxmışdır.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və QSC-in nümayəndəsi Füzuli Kərimov yeni dayanacağın istifadəyə verilməsi münasibətilə zaqatalalıları təbrik etmiş, onlara Novruz arzularını çatdırmışlar.
 

Keçidlər