Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya mayın 1-dək davam edəcəkdir.

05 fevral 2015 | 16:00

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova  bildirib ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılıb, müayinə olunacaq əhalinin sayı müəyyənləşdirilib. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 75 min nəfərdən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulub.

Hazırda rayonda 17 yaşadək əhalinin icbari dispanserizasiyası da uğurla davam edir. İndiyədək 8437 uşaq müayinələrdən keçib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seydəliyeva isə bildirib ki, müayinələr rayonun 5 tibb müəssisəsində, o cümlədən xəstəxananın poliklinika şöbəsi, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd sahə xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə yüksək ixtisaslı həkim və orta tibb işçiləri cəlb olunublar. Bundan əlavə, səyyar həkim briqadası da təşkil olunub. Buraya həkim-terapevt, ginekoloq, cərrah, uroloq və oftalmoloq həkimlər daxil ediliblər.

Baş həkimin bildirdiyinə görə, aksiyanın ilk üç günündə 2 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçib. Müayinələr zamanı xəstəlik aşkar edilən vətəndaşlar dispanser müşahidəsinə götürülüb.


 

Keçidlər