Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada əlil uşaqlar ikiqat bayram sevinci yaşayıblar

03 dekabr 2014 | 16:00

Beynəlxalq Əlillər Günündə Zaqatala rayonunun sakinləri - birinci qrup əlil, 22 yaşlı Ayşə Həsənova, həmçinin sağlamlıq imkanı məhdud Fuad Abdullayev və İlaida Kərimova çoxdan gözlədikləri arzularına qovuşublar. Bayram günündə Ayşə Həsənovaya motorlu əlil arabası, digər iki əlilə isə əlil arabaları təqdim olunub. Beynəlxalq Əlillər Günü münasibətilə Zaqatala şəhərində keçirilən tədbirdə rayonda əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb. Diqqətə çatdırılıb ki, hazırda Zaqatalada 7 minə yaxın əlil yaşayır. Onların hər biri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Respublikanın hər yerində olduğu kimi, Zaqatala rayonunda da əlilliyi olan şəxslərin sağlamlıqlarının qorunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Əlillər mənzillərlə, minik avtomobilləri və əlil arabaları ilə təmin olunurlar. Onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət göstərilir. Tədbirdə çıxış edənlər ictimaiyyətin diqqətinin əlillərin sosial problemlərinin həllinə yönəldilməsinin vacibliyini xüsusi vurğulayıblar. Əlillər çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çay süfrəsi ətrafında davam edən tədbirin sonunda bir qrup əlilə yardım göstərilib.

 

Keçidlər