Zaqatala rayonunda Daxili Qoşunların yaranmasının 20 illiyi qeyd edilmişdir
12 mart 2012-ci il tarixdə Zaqatala rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Qax və Balakən rayon icra hakimiyyətinin nümayəndələri və hər üç rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədazdə, Daxili Qoşunların Zaqatalada yerləşən “N” saylı hərbi hissənin komandiri Sahib Məmmədov və digər tədbir iştirakçıları çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini Daxili Qoşunların yaradılmasının 20 illiyi münasibəti ilə təbrik etmişlər. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin Daxili Qoşunların inkişafına daim diqqət yetirmiş olduğunu və onun Silahlı Qüvvələrimizin formalaşması üçün göstərdiyi tarixi xidmətləri haqda danışmışlar. Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi və onun peşəkar hazırlığının yüksəldilməsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı xüsusi vurğulanmışdır.
Daha sonra tədbir iştirakçıları hərbi hissənin çevik alayının əsgərlərinin nümunəvi çıxışlarına baxmışlar. Tədbir xidmətdə fərqlənən zabit, gizir və əsgərlərin mükafatlandırılması ilə sona çatmışdır.