Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri Heydər Əliyev irsinin öyrənilməsinə xüsusi maraq göstərirlər

19 noyabr 2014 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün müəyyən olunmuş mövzular üzrə açıq tarix dərslərinin növbəti mərhələsinə başlanılıb. Dərslər dahi rəhbərin dövlət quruculuğu sahəsindəki səmərəli fəaliyyəti, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə məktəblilərə daha dolğun məlumatların çatdırılması məqsədi daşıyır.
Noyabrın əvvəlindən başlanan açıq dərslərin növbəti mərhələsində indiyədək rayonun 7 ümumtəhsil məktəbində təhsil alan 223 şagird iştirak edib. Noyabrın 19-da Heydər Əliyev Mərkəzində keçirilən növbəti açıq dərs “Xarici ölkələrdə Azərbaycan diasporlarının yaradılması, 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi” mövzusuna həsr olunub. Tarix müəllimi Könül Əliyevanın tədris etdiyi açıq dərsdə Bəhmətli kənd tam orta məktəbin 35 nəfər XI sinif şagirdi iştirak edib. Şagirdlərə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra diaspor quruculuğu istiqamətində gördüyü işlər barədə məlumat verilib. Tədris prosesində şagirdlər, həmçinin Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə yaxından tanış olublar. Ulu Öndərin irsinin öyrənilməsi məqsədi ilə keçirilən açıq dərslər 2015-ci il mayın sonunadək davam edəcək.

Keçidlər