Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Bayraq günü qeyd edildi

08 noyabr 2014 | 16:00

08 noyabr 2014-ci il tarixdə Zaqatala rayonunda Azərbaycan Respublikası Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlaının rəhbərləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Bayraq dairəsi ətrafında toplaşmışlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Bayraq gününün bu gün ölkəmizdə belə təm-təraqla qeyd olunmasının ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu vurğulamış, məhz ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üç rəngli bayrağımız dövlətimizin rəmzi elan edildiyini və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu aldığını qeyd etmişdir.
Çıxışında rayon rəhbəri qarşıdan gələn 12 noyabr-Konstitusiya və 17 noyabr Milli Dirçəliş günü ilə əlaqədar rayon ictimaiyyətini təbrik etmiş, bu iki əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə çıxış edən digər natiq, Zaqatala şəhər sakini, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hərbi xidmətdə “İgidliyə görə” medalı ilə mükafatlandırılmış Vətən Məmmədov  bu gün müstəqil, azad bir ölkədə yaşadığından qürur duyduqlarını bildirmiş, bu müstəqilliyin nələrin bahasına əldə olunduğunu rayon ictimaiyyətinə xatırlatmışdır. Natiq, bu gün düşmən tapdağı altında qalmış torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması üçün hər kəsi ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışdır.
Sonra meydana üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbir hərbiçilərin, idmançıların və gənclərin Dövlət Bayrağı önündən təntənəli parad-keçidi ilə yekunlaşmışdır.
Elə həmin gün tədbir iştirakçıları Faldarlı kəndində yeni inşa edilmiş, hər cür inventar və avadanlıqlarla təchiz olunmuş (Yataq dəsti, mətbəx avadanlıqları, idman qurğuları, müsigi alətləri, bərk və yumşaq oturacaqlar və s.) 20 yerik uşaq bağçası-körpələr evinin açılış mərasimində iştirak etmişlər. Rayon rəhbəri uşaq bağçasının aşılışını bildirən rəmzi qırmızı lenti kəsərən, tədbir iştirakçıları ilə birgə burada körpələr üçün yaradılan şəraitlə yaxından tanış olmuşdur.

Keçidlər