Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada əhalinin sosial problemlərinin həllinə daim qayğı göstərilir

10 yanvar 2012 | 16:00

Zaqatala rayonunda əhalinin aztəminatlı təbəqəsinin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Ötən il rayonda 4 min 74 nəfərə sosial müavinət, 1406 ailənin 6 min 123 üzvünə ünvanlı dövlət sosial yardımı verilmiş, 218 nəfər kimsəsiz ahıla xidmət göstərilmişdir. 2011-ci ildə bütün növ pensiya və müavinətlərin ödənilməsinə xərclənən vəsait əvvəlki illə müqayisədə 19,9 faiz artaraq, 27,8 milyon manat təşkil etmişdir. İl ərzində əlillərin sosial müdafiəsinin gücləndirilməsi, bərpa vasitələri ilə təminatı istiqamətində müvafiq işlər görülmüş, 2 nəfər müharibə əlilinə minik avtomobili verilmiş, Suvagil kəndində Qarabağ müharibəsi əlili üçün fərdi ev tikilmişdir. Bundan əlavə, 67 nəfər imtiyazlı vətəndaş mənzil növbəsinə götürülmüş, mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan 14 Qarabağ müharibəsi əlilinin sənədləri müvafiq nazirliyə göndərilmiş, 49 Çernobıl əlilinə müalicə pulu, 12 əlilə isə sanator-kurort göndərişi verilmişdir.

Keçidlər