Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.

01 oktyabr 2014 | 15:00

Oktyabrın 1-də Zaqatala şəhərindəki “Ulduz” şadlıq sarayında Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.
Rayon rəhbərliyinin, ahıl və gənclərin iştirak etdikləri tədbirdə ahılların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilib. Vurğulanıb ki, rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsində, gənclərin milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında, adət-ənənələrin qorunub saxlanmasında yaşlı nəslin nümayəndələrinin məsləhət və tövsiyələrinə, təkliflərinə hər zaman böyük ehtiyac vardır.
Tədbirdə çıxış edən ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bayram süfrəsi arxasında musiqili-bədii proqramla davam edən tədbirin sonunda ahıllara ərzaq yardımı verilib.

Keçidlər