Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq müəllimlər günü münasibəti ilə tədbir keçirilib

03 oktyabr 2014 | 15:00

Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 3-də Zaqatala şəhərində bayram tədbiri keçirilib. Rayon rəhbərliyinin, qabaqcıl müəllimlərin, ziyalıların iştirak etdikləri tədbirdə oktyabrın 5-i tarixinin dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Müəllimlər Günü kimi geniş qeyd olunduğu diqqətə çatdırılıb. Çıxış edənlər gənc nəslin təlim-tərbiyəsi işində müəllimlərin əməyini və rolunu yüksək qiymətləndiriblər. Bildirilib ki, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin bəhrəsidir. Diqqətə çatdırılıb ki, hazırda rayonun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 2700 nəfərə yaxın müəllim məşğul olur. Son illər müəllimlərdən 7 nəfəri “Əməkdar Müəllim” fəxri adına layiq görülüb, 9 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Fərəhli haldır ki, Azərbaycan Prezidentinin 2014-cü il 30 sentyabr tarixli Sərəncamı ilə Zaqatala şəhər 3 nömrəli tam orta məktəbinn müəllimi Səadət Baqqayeva “Əməkdar Müəllim” fəxri adına, humanitar fənlər gimnaziyasının müəllimi Məhsəti Qazıyeva isə “Tərəqqi” medalına layiq görülüblər. Tədbirdə çıxış edənlər Azərbaycan təhsilinin inkişafına göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya Zaqatala müəllimləri adından dərin minnətdarlıqlarını bildiriblər. Bayram süfrəsi arxasında rəngarəng konsert proqramı ilə davam edən tədbirin sonunda rayonun bir qrup qabaqcıl müəlliminə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər