Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada keçirilən aksiyada 155 nəfər könüllü qan verdi

30 iyul 2014 | 15:00

Səhiyyə Nazirliyinin 2014-cü il üçün tədbirlər planına uyğun olaraq iyulun 30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirildi. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, dəstək olmaqdır. Xəstəxanadan verilən məlumata görə, gün ərzində davam edən aksiyada 155 nəfər könüllüdən qan alınıb. Aksiyada rayon polis şöbəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin, şəhər və kənd ərazi icra nümayəndəliklərinin əməkdaşları fəallıq göstəriblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.

Keçidlər