Zaqatalada “Azərbaycan tolerant model ölkədir” mövzusunda maarifləndirmə tədbiri
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsinin konfrans zalında “Azərbaycan tolerant model ölkədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. DQİDK-nin şimal-qərb bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin, universitetin müəllimlərinin, yerli icra və bələdiyyə strukturları rəhbərlərinin iştirak etdikləri tədbirdə bölgədəki mövcud dini durum barədə məlumat verilmiş, Azərbaycanda tolerantlıq mühiti, bu mühitin Zaqatala rayonunda təzahürləri, dini tolerantlığın tarixi ənənələrindən söhbət açılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin Zaqatala və Balakən rayonları üzrə qazısı İbrahim İbrahimov Zaqatala rayonunda fəaliyyət göstərən din xadimlərinin fəaliyyəti, qeyri-ənənəvi cərəyanlarla mübarizə sahəsində görülən işlər barədə məlumat vermişdir. Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din siyasəti, dini tolerantlıq mühiti və onun qorunması, qeyri-ənənəvi dini cərəyanlarla mübarizə yolları, Dövlət Komitəsinin bu istiqamətdə gördüyü və görəcəyi işlər barədə danışmışdır.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.