Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Günü münasibətilə Zaqatalada yerləşən hərbi hissələrə bayram sovqatı çatdırılmışdır

26 iyun 2014 | 15:00

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Zaqatala rayonunun rəhbərliyi və ictimaiyyətin nümayəndələri iyunun 25-də rayon ərazisində yerləşən hərbi hissələrdə olmuş, əsgər və zabitlərlə görüşmüş, gətirdikləri bayram sovqatı ilə onları sevindirmişlər.
Daxili Qoşunların Zaqatalada yerləşən “N” saylı hərbi hissəsində keçirilən bayram tədbirində çıxış edənlər hərbiçiləri əlamətdar gün münasibətilə təbrik etmiş, milli ordunun yaradılması, möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışlar.
Bildirilmişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdır. Vurğulanmışdır ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı qısa zamanda mənfur düşməndən təmizləməyə tam hazırdır.
Bayram tədbiri mədəniyyət işçilərinin hazırladıqları rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər