Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilmişdir

25 fevral 2012 | 16:00

25 fevral 2011-ci il tarixdə Zaqatala rayonunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda məskunlaşmış Xocalı məcburi köçkünləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Şəhidlərin xatirə kompleksini ziyarət etmişlər. Tədbir Xocalı faciəsinin qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbirdə Zaqatala rayon İcra Hakimiyyəti başçısının Təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zümrüd Ağakişiyeva çıxış edərək vəhşiləşmiş erməni millətçiləri keçmiç SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 20 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın nəticəsində 613 nəfər soydaşımızın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə insanın yaralandığını, 1275 nəfərin isə əsir düşdüyünü qeyd etmişdir. Natiq öz çıxışında həmin gün Xocalıda 10 ailənin tamami ilə məhv edildiyini, 21 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itir4diyini qeyd etmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunduğunu vurğulamış, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu bildirmişdir.
Sonra tədbirdə çıxış edən məcburi köçkünlər, ziyalılar və gənclər ulu öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində yürütdüyü siyasətin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulamışlar. Məhz bu siyasətin məntiqi nəticəsi kimi, bu gün dünya ictimaiyyəti artıq Xocalı soyqırımının əsil səbəblərini bilir və erməni terrorçularının törətdikləri vəhşilikləri pisləyirlər. Natiqlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması, qaçqın və məcburi köçgünlərin doğma torpaqlarına qaytarılması istiqamətində fəaliyyətində ölkə rəhbərinə uğurlar arzulamışlar.
Daha sonra tədbirdə iştirak edən Xocalılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur. Sonra rayonda məskunlaşmış məcburi köçkün ailələrinə müvafiq yardımlar göstərilmişdir.
Tədbirin sonunda rayon mədəniyyət evi xalq teatrının hazırladığı “Xocalıdan gələn səslər” səhnəciyi nümayiş etdirilmişdir.
 

Keçidlər