Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Suveren Azərbaycan və Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.

13 iyun 2025 | 16:17

Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Suveren Azərbaycan və Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları öncə mərkəzin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad edib, sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlər və kitablardan ibarət sərgiyə baxış keçirmişlər.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ulu Öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Konfransda çıxış edənlər 15 İyun adi bir tarix deyil, Azərbaycanın müstəqil dövlət kimi varlığının və inkişaf yolunun əsasını qoyan dönüş nöqtəsi olduğunu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin xaosdan, parçalanmadan xilas olunmasına səbəb olmasını və sabit, dayanıqlı inkişafın əsasının  qoyulduğunu bildirmiş, Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar.

Keçidlər