Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalıdır

26 iyun 2014 | 15:00

Zaqatala rayon mədəniyyət evində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, tələbə və gənclər, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəb rəhbərləri, müəllimlər, narkoloq həkimlər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə foyedə uşaqların mövzu ilə bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmış, sənədli filmi izləmişlər. Tədbirdə narkomaniyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş profilaktik tədbirlər barədə danışılmış, bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilmişdir. Bildirilmişdir ki, bu işdə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə böyük vəzifələr düşür. Narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Vurğulanmışdır ki, yalnız birgə səmərəli fəaliyyət bu dəhşətli bəlanın qarşısının alınmasına ciddi təsir göstərə bilər. Odur ki, əlaqədar qurumlar bu istiqamətdə əməkdaşlığı daha da genişləndirməli, qabaqlayıcı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə diqqəti artırmalıdırlar.

Keçidlər