Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur.

18 iyun 2014 | 15:00

17 İyun 2014-cü il tarixdə Zaqatala şəhəri “Qala Düzü” istirahət mərkəzində 17 İyun-Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova və rayon tibb işçilərinin kollektivi iştirak etmişdir.
Tədbiri giriş söz ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ulu öndər Heydər Əliyevin 04 iyun 2001-ci il tarixli sərəncamı ilə ölkəmizdə 17 iyun tibb işçilərinin peşə bayramı kimi qeyd olunması qəbul olunduğunu vurğulamış və təsədüfü deyil ki, həmin günün Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yaranması günü ilə üst-üstə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  Rayon rəhbəri öz çıxışında “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”-deyən müasir Azərbaycanın memarı, dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə “Sağlamlığımızın qayğısına sağlam ikən qalaq” prinsipini əsas tutaraq səhiyyə sahəsində lazımi islahatlar apardığını bildirmiş, ölkəmizdə səhiyyə ocaqlarının tikintisinə geniş meydan verdiyini, tibb müəssisələrinin dərman preparatları ilə təhcizatı, maddi-texniki bazasının gücləndirilməsi, mütəxəssis kadrların hazırlanması kimi məsələlərə xüsusi diqqət yetirdiyini qeyd etmiş, Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı üçün gördüyü işləri ölkə prezidenti cənab İlham Əliyevin bu gün uğurla davam etdirdiyini xüsusi vurğulamışdır.
Natiq öz çıxışında rayonda 155 şarpayılıq Mərkəzi Rayon Xəstəxanasının, 50 çarpayılıq Vərəm Dispanserinin, Gigiyena-Epidemiologiya Mərkəzinin və 2008-cı ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı iləistifadəyə verilmiş 26 çarpayılıq Müalicə Diaqnostika Mərkəzinin fəaliyyən göstərdiyini, bu tibb ocaqlarında 232 həmik və 717 orta tibb işçisinin çalışdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. 
Sonra əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə, rayonun ictima-siyasi həyatında fəal mövqeyinə görə bir qrup tibb işçisi Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif edilmişdir.
Tibb işçiləri adında çıxış edən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəhmədova səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrildiyini, ölkə rəhbərliyi tərəfindən səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi xidmətlə təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatların keçirildiyini qeyt etmiş, ölkə rəhbərinin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayon tibb işçiləri adından minnətdarlığını bildirmiş və respublikamızın bütün tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbir rayon və tibb işçilərinin özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər