Zaqatala rayonunda zəlzələdən ziyan çəkmiş daha iki məktəb istifadəyə verildi
Zaqatala rayonunda zəlzələdən ziyan çəkmiş daha iki
məktəb istifadəyə verildi
29 may 2014-cü il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində 600 şagird yerlik və Yuxarı Tala kəndində 360 şagird yerlik yeni məktəb binalarının açılış mərasimləri keçirilmişdir.
Tədbirdə Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd ictimaiyyətinin və KİV-nin nümayəndələri iştirak etmişlər.
Öncə Aşağı Tala kənd 3 saylı kənd tam orta məktəbin açılışı olmuşdur. 600 şagird yerlik üç mərtəbəli məktəb binası 50 sinif otağı, bir kompyuter, 2 laboratoriya otağı, akt və idman zallarından ibarətdir. Yeni məktəb binası bütun müasir avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış, müasir istilik sistemi quraşdırılmışdır.
Sonra Yuxarı Tala kənd 4 saylı tam orta məktəbin açılış mərasimi keçirilmişdir. 360 şagird yerlik üç mərtəbəli məktəb binası 20 sinif otağı, bir kompyuter, 3 laboratoriya otağı, akt və idman zallarından ibarətdir. Bu məktəb binası da həmçinin bütun müasir avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış, müasir istilik sistemi quraşdırılmışdır.
Hər iki tədbirdə çıxış edən Rayon İcra Başçısı Mübariz Əhmədzadə və Fövqəladə Halla Naziri Kəmaləddin Heydərov 7 may 2012-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş bu məktəblər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən FHN-yi tərəfində yenidən tikilərək istifadəyə verildiyini bildirmiş, zəlzələ nəticəsində rayonda ümumilikdə 23 məktəbə ziyan dəydiyini vurğulamış və bügünkü açılışdan sonra bu məktəblərin artıq 23-nün də yenidən tikilərək istifadəyə verildiyini qeyd etmişlər.
Natiqlər öz çıxışlarında Dövlətimizin başçısının bu qayğısı rayonda təhsilin keyfiyyətinin daha da artırılması üçün geniş imkanlar açdığını, hələ əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları hal-hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlar davam etdirildiyini xüsusi vurğulamış, son illərdə respublikaınn hər yerində olduğu kimi Zaqatala rayonunda da təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, yeni məktəb binaları istifadəyə verildiyini, məktəblər kompyuter və texniki vasitələrlə və yeni avadanlıqlarla təchiz edildiyini qeyd etmişlər.
Tədbirdə çışıx edən hər iki kəndin sakinləri kənddə hər cür şəraitə malik, müasir avadanlıq və texnika ilə təhciz olunmuş belə məktəblərin tikilməsi onların böyük sevincinə səbəb olduğunu qeyd etmiş, ölkə Prezident cənab İlham Əliyevin təbii fəlakət bölgəsinə göstərdiyi bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, Azərbaycan Prezidentinin siyasətini bəyəndiklərini və onun ətrafında sıx birləşdiklərini xüsusi vurğulamışlar.
Məktəblərin açılış mərasimlərindən sonra rayon rəhbəri, nazir və tədbir iştirakçıları binalarda yaradılan şəraitlə tanış olmuş, Prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotoguşəyə baxmışlar.