Zaqatala ictimaiyyətinin nümayəndələri 66 il birgə ömür sürən Fətəliyevlər ailəsinin qonağı olmuşlar
Zaqatala ictimaiyyətinin nümayəndələri 66 il birgə ömür sürən Fətəliyevlər ailəsinin qonağı olmuşlar
Beynəlxalq Ailə Günü Zaqatala rayonunda da özünəməxsus şəkildə qeyd edilir. Rayon ictimaiyyətinin nümayəndələri, gənc ailələr uzun illər birgə ömür sürmüş nümunəvi ailələrin qonağı olur, çay süfrəsi ətrafında onlarla səmimi söhbət aparır, yeni ailə quran gənclər isə ağsaqqal və ağbirçəklərdən dəyərli məsləhətlər alırlar. Rayon ictimaiyyətinin nümayəndələri bu dəfə Zaqatala şəhərinin sakinləri, 66 il birgə ömür sürmüş Fətəliyevlər ailəsinin qonağı olmuşlar. Bayram və Gülağa Fətəliyevlər 1928-ci ildə rayonun Meşleş kəndində doğulmuşlar. Hamının mehriban, işgüzar, nümunəvi ailə kimi tanıdığı bu xoşbəxt cütlüyün hazırda 7 övladı, 21 nəvəsi və 20 nəticəsi vardır. Tədbirdə iştirak edənlər Fətəliyevləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara uzun ömür və cansağlığı arzulamışlar. Uzunömürlü ailəyə rayon icra hakimiyyəti və digər qurumlar tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.