Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

11 may 2014 | 15:00

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

Mayın 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran üç xoşbəxt cütlüyün nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, abidənin önündə xatirə şəkilləri çəkdirmişlər. Sonra Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin – rayon sakinləri Emin Abbasov ilə Nazlı Sərkərovanın, Tural Nusalov ilə Rabiyyə İbrahimovanın və Murad İsayev ilə Ayşəm Bayramovanın nikah aktlarının imzalanması mərasimi olmuşdur. Rayon rəhbərliyi və cütlüklərin doğmalarının da iştirak etdikləri mərasimdə çıxış edənlər ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd etmiş, evlənən gənclərə xoşbəxt ailə həyatı arzulamışlar. Vurğulanmışdır ki, nikah mərasiminin xalqımız üçün çox əziz bir günə - ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etməsi yeni ailə quran gənclər üçün olduqca şərəfli və əlamətdardır. Gənclər bu tarixi günü ailə həyatlarının ən xoşbəxt anı kimi həmişə xatırlayacaqlar.
Mərasimin sonunda yeni ailə quran gənclərə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Keçidlər