Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin doğum günü Zaqatalada silsilə tədbirlərlə qeyd olunmuşdur

11 may 2014 | 15:00

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir.
Ulu Öndərin doğum günü münasibətilə Zaqatala şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə dahi şəxsiyyətin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransın əvvəlində Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.
Konfransda “Dünya siyasətinin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə dinlənilmişdir. Qeyd olunmuşdur ki, XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik etmişdir. Məhz bu dahi rəhbərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoymuşdur.
Bildirilmişdir ki, Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
Konfransda vurğulanmışdır ki, zəmanəmizin ən dahi şəxsiyyətlərindən olan Heydər Əliyevə öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olmuşdur. Ulu öndər Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü yaşadıqları illərlə ölçülmür. Ömrü boyu öz millətinin taleyini düşünən dahi rəhbər Heydər Əliyev indi də, gələcəkdə də xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olun an gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonra rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin adını daşıyan parkda təşkil olunan Gül bayramında iştirak etmişlər. Rayonun müəssisə və təşkilatlarının, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin rəngbərəng güllərdən, bəzək bitkiləri və yarpaqlardan hazırladıqları Ulu Öndərə həsr olunmuş bir-birindən maraqlı kompozisiyalar, güllərdən toxunmuş portretlər, tablolar bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Mədəniyyət və istirahət parkında rayonun bədii özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər