Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır

27 aprel 2014 | 15:00

26 aprel 2014-cü il tarixdə Zaqatala şəhərindəki Akademik Zərifə Əliyeva adına liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Nur dolu ömür” adlı xatirə tədbiri keçirilmişdir.
Tədbirə dəvət olunan qonaqlar əvvəlcə foyedə lisey şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxmışlar.
Görkəmli oftalmoloq alimin həyat və fəaliyyətindən bəhs edən “Nur dolu ömür” sənədli filmi nümayiş etdirilmişdir.
Liseyin direktoru Kəmalə Əhmədova akademik Zərifə Əliyevanın mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, ulu Tanrının xalqımıza bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsil həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş etmiş, gözlərə işıq vermişdir. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunmuşdur. Bildirilmişdir ki, Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olmuşdur. Təsadüfi deyildir ki, bu ailənin övladı, ümummilli lider Heydər Əliyevin ideya və arzularını böyük məhəbbətlə həyata keçirən Prezident İlham Əliyev bu gün hər bir azərbaycanlının dərin hörmət və məhəbbətini qazanmışdır.
Tədbir iştirakçılarına liseyin fəaliyyətini əks etdirən bukletlər paylanmışdır.
Sonra akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə liseydə keçirilmiş bilik yarışı və müsabiqələrin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə lisey şagirdlərinin ifasında şeirlər səslənmiş, mahnı və rəqslər ifa olunmuş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər