Şriftin ölçüsü :

Saytın rəngi :

13-14 iyun tarixlərində Dədə Qorqud Meydanında kitab sərgisi təşkil edilmişdir.

15 iyun 2023 | 10:09
TEAS Press Nəşriyyat Evinin təşəbbüsü və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 13-14 iyun tarixlərində Dədə Qorqud Meydanında kitab sərgisi təşkil edilmişdir. Kitabsevərlərə müxtəlif janrlarda, istənilən yaş kateqoriyası üçün nəzərdə tutulan yerli və xarici müəlliflərin kitabları təqdim olunmuşdur.
Həmçinin sərgi çərçivəsində dedektiv roman yazıçısı Elxan Elatlı və uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi Reyhan Yusifqızı ilə görüş və imza saatları nəzərdə tutulmuşdur
Bu cür kitab sərgilərinin təşkili yazıçı və oxucular arasında əlaqələri möhkəmləndirməklə bərabər, gənclərdə kitaba olan marağı daha da artırır.
Keçidlər