Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində bayram yarmarkası keçirilmişdir.

19 mart 2014 | 16:00

Zaqatala şəhərində bayram yarmarkası keçirilmişdir.

17 və 18 mart 2014-cü il tarixlərdə Novruz bayramı ərəfəsində Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, əhalinin gediş-gəlişinin gur olduğu yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarmarka bayram ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır. Yarmarkaya yerli ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri çıxarılmışdır. Məhsullar alıcılara bazardakından 15-20 faiz aşağı qiymətə təklif olunur. Məsələn, bazarda mal ətinin bir kiloqramının qiyməti 7-8 manat olduğu halda yarmarkada 6 manata, bazarda 8-9 manata satılan qoyun əti 7 manata, balığın kiloqramı 4 manata, quş əti 3 manata, kənd yumurtası isə 10-15 qəpiyə satılır. Yarmarkanın ilk iki günündə 5 ton mal əti, 350 kiloqram qoyun əti, 200 kiloqram quş əti, 700 kiloqram balıq, 500 kiloqram pendir, həmçinin 45 ton meyvə-tərəvəz məhsulları satılmışdır. Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyətindən və qiymətlərdən razı qaldıqlarını bildirirlər. Bayram yarmarkası növbəti günlərdə də davam edəcəkdir.

Keçidlər