Zaqatala rayonunda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir.
Zaqatala rayonunda “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir.
21 fevral 2014-cü il tarixdə Zaqatala rayon Mədəniyyət evində “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə RİHB-nın birinci müavini, İcra Hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Elman Ramazanov, RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Zaqatala RPŞ-nin rəisi Arif Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri İbrahim İbrahimov, rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Zaqatala RPŞ-nin rəisi Arif Babayev rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərirn qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib. Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Elman Ramazanov və digər şəxslər mövzu ətrafında çıxış etmişlər. Qeyd olunub ki, müxtəlif xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Zaqatala rayonunda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin olunur, ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənilir.