Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri görkəmli alim Zərifə Əliyevanın ömür yolunu öyrənirlər

27 aprel 2022 | 16:00

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 27-də Zərifə xanımın adını daşıyan liseydə olub, şagirdlərə alimin həyat və fəaliyyətinə dair məruzələr oxuyublar.

Şagirdlərə təqdim olunan məruzələrdə Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açılıb, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən ətraflı bəhs edilib.

Bildirilib ki, geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbi olub.

Keçidlər