Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı gənclərə sahibkarlıqla bağlı təlimlər keçirilir

26 aprel 2022 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinin hərtərəfli inkişafı üçün maraqlı layihələr həyata keçirir.

“Gənc sahibkar” təlimləri çərçivəsində Zaqatala gəncləri üçün “Biznesin inkişafında satışın əhəmiyyəti” mövzusunda növbəti təlim təşkil edilib. Mərkəzin əməkdaşı və təlimçi İlkin Həbilov tərəfindən keçirilən təlim zamanı gənclərə “Biznes qurmaq üçün lazım olan biliklər”, “Biznesdə satışın aparılması”, “Müştərilərlə iş” və digər mövzular barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Təlimin sonunda gənclər qrup şəklində praktiki tapşırıqlar yerinə yetirib, öyrəndikləri bilikləri daha da möhkəmləndiriblər.

 

 

Keçidlər