Zaqatalada keçirilən tədbirdə dini maarifləndirmənin səmərəliliyinin artırılmasında medianın rolu barədə danışılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin səmərəliliyinin artırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, Azərbaycan fərqli dini konfessiyaların əsrlər boyu birgə yaşadığı bir ölkədir. O da vurğulanıb ki, milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin səmərələliyinin artırılmasında medianın rolu böyükdür.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
İştirakçılara Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap olunmuş kitablar hədiyyə edilib.