Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Mərkəzi kitabxanasında M.S.Ordubadi yaradıcılığına həsr edilmiş dəyirmi masa təşkil olunub

09 aprel 2022 | 16:00

Görkəmli nasir, dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin 150 illik yubileyi münasibətilə Zaqatala rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsində “Tarixi roman janrının banisi” adlı dəyirmi masa təşkil olunub.

Tədbiri Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova açaraq, M.S.Ordubadinin yaradıcılığı barədə məlumat verib. Yazıçı yaşadığı dövrün ən çətin anlarında, ədəbiyyatın sıxışdırıldığı, hakimiyyətin uşaqdan-böyüyədək hər kəsi nəzarətdə saxladığı bir vaxtda nəhəng yaradıcılıq qüdrəti ilə Azərbaycan xalqının tarixi, taleyi, mübarizə əzmi barəsində sanballı əsərlər yaratmağa müvəffəq olub.

Tədbirdə kitabxananın Xidmət şöbəsinin müdiri Nüşabə Əfəndiyeva M.S.Ordubadinin Azərbaycan tarixi və ədəbiyyatı üçün gördüyü işlərdən danışıb. Bildirilib ki, ədəbiyyatımızda tarixi roman janrının ilk rüşeymləri məhz onun qələmindən cücərməyə başlayıb. Ordubadinin “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” və digər romanları Azərbaycanın çoxəsrlik zəngin tarixinin müxtəlif dövrləri haqqında oxucuda dolğun və dəqiq təəssürat yaratmaq iqtidarına malikdir.

Dəyirmi masada yazıçının həyat və yaradıcılığı, həmçinin “Qılınc və qələm” romanı haqqında məruzələr dinlənilib.

Keçidlər