Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Aprel savaşı-böyük Zəfərin müqəddiməsi” mövzusunda seminar təşkil olunub

06 aprel 2022 | 16:00

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının birgə təşkilatçılığı ilə “Aprel savaşı-böyük Zəfərin müqəddiməsi” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıblar. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində əzəli torpaqlarımızın işğaldan azad olunması prosesini uğurla başa çatdırıldığı diqqətə çatdırılıb. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində xalqımızın dövlətimizin baçısının ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdiyi bildirilib.

Keçidlər