Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə start verilmişdir.

18 fevral 2014 | 16:00

Zaqatala rayonunda əhalinin pulsuz tibbi müayinədən
keçirilməsinə start verilmişdir.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanması və əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün respublikada olduğu kimi Zaqatala rayonunda da 17 fevral 2014-cü il tarixdən başlayaraq rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi prosesinə başlanılmışdır. Belə ki, rayon ərazisində Zaqatala RMX, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə sahə xəstəxanası, Yeni Suvagil kənd sahə xəstəxanası, Danaçı kənd sahə xəstəxanası olmaqla beş zona üzrə əhalinin tibbi müayinədən keçməsi üçün həkim briqadaları yaradılmışdır. Qrafikə uyğun olaraq ilk növbədə rayonun idarə, müəssisə və təşkilatlarının işçi persanalı tibbi müayinədən keçdikdən sonra tövbəti mərhələdə rayonun 18 yaşına çatmış digər əhalisi tam olaraq tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmiş, tibb müəssisələri lazımi hazırlıq vəziyyətinə gətirilmişdir.  Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə hərbi hissələrdə xidmət edən 390 əsgərə, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bu cür müayinələr may ayının 1-nə dək aparılacaqdır. Fevral ayının 17-dən may ayının 1-nə dək rayonun 18 yaşdan yuxarı 89632 nəfər  əhalisinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.

Keçidlər