Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO Industry” MMC tərəfindən bu il 600 hektar sahədə tütün əkini proqnozlaşdırılır

16 mart 2022 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 600 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır.

Hazırda təsərrüfatlarda tütün əkininə hazırlıq işləri aparılır. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 38 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. İndiyədək bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 573 hektar təşkil edir. O cümlədən Zaqatala və Qax rayonlarının hər biri üzrə 224 hektar, Balakən rayonu üzrə 70 hektar, Şəki rayonu üzrə isə 55 hektar üçün müqavilə bağlanılıb. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün hazırda müəssisənin istixana təsərrüfatında şitil yetişdirilir. Tütün toxumları ABŞ-dan gətirilib. Tütün şitillərinin aprelin 20-dən etibarən sahələrə köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 5 min 388 tonadək yaşıl tütün kütləsi daxil olub. Ondan 671 ton quru tütün istehsal edilib.

Keçidlər