Şriftin ölçüsü :

Saytın rəngi :

Baharın gəlişi ilə əlaqədar Zaqatalada ümumrayon şənliyi keçirilib

19 mart 2022 | 16:00

Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz Zaqatala rayonunda da ümumxalq bayramı kimi, böyük sevinc və ruh yüksəkliyi qeyd olunub.

Milli birliyimizin rəmzinə çevrilən bu el bayramı münasibətilə martın 19-da Zaqatala Olimpiya İdman Kompleksində ümumrayon şənliyi keçirilib.

Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə zaqatalalıları xalqımızın qədim el bayramı olan Novruz münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıb.

Dədə Qorqudun tədbir iştirakçılarına bayram təbrikindən sonra rayon rəhbərliyi və qonaqlar xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, ayrı-ayrı əmək kollektivlərinin hazırladıqları bayram guşələrinə baxıb, el sənətkarlarının əl işləri, habelə milli mətbəx nümunələri ilə tanış olublar.

Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Novruzun personajları olan Kosa və Keçəl tədbir boyunca məzəli oyunları, şən zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.

Bayram tədbiri rayonun incəsənət ustalarının, rəqs və folklor kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər