Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yazlıq bitkilərin əkininə başlanılıb

14 mart 2022 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1286 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 hektar çoxdur.

Məhsul istehsalçıları indiyədək 545 hektar sahədə kartof, 415 hektarda tərəvəz bitkiləri əkib, 326 hektar sahəyə yonca səpiblər. Apreldə isə qarğıdalı, tütün və paxlalıların əkininə başlanılacaq.

Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir.

Keçidlər