Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Əliabad qəsəbə sakinləri ilə görüşüb.
09.03.2022-ci il tarixdə Əliabad qəsəbəsində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qəsəbə sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 72 nəfər qəsəbə sakini qatılmışdır. Görüşdə iştirak edən qəsəbə sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Qəsəbə sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir. Görüşdə ümumilikdə 5 təklif səsləndirilmişdir.
Rayon rəhbəri ona ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir.