Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Dağlı kənd sakinləri ilə görüşüb.

02 mart 2022 | 16:00

02.03.2022-ci il tarixdə Dağlı kəndində  Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 65 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Kənd sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir. Görüşdə ümumilikdə 6 təklif səsləndirilmişdir.

Rayon rəhbəri ona ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir.

 

 

Keçidlər