Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunublar

07 mart 2022 | 16:00

Azərbaycan qadını əsrlər boyu milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, övladlarımızın doğma Vətənə məhəbbət ruhunda yetişdirilməsi kimi şərəfli vəzifəni öhdəsinə götürüb və bu işin öhdəsindən layiqincə gəliblər.

Bu fikir 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə keçirilən “Qəhrəmanlar Anası” adlı tədbirdə səsləndirilib.

YAP rayon təşkilatı əməkdaşlarının, rayonun rəhbər işçilərinin, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarının, həyat yoldaşları və övladlarının, fəal qadınların iştirak etdiyi tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxış edərək, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan qadınının bu gün həyatımızın bütün sahələrində ləyaqətlə təmsil olunduqlarını, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verdiklərini diqqətə çatdırıblar.

Tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanıb.

Şəhid anaları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, musiqi nömrələri təqdim olunub.

Keçidlər