Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şahmat üzrə rayon birinciliyinə start verilib.

01 mart 2022 | 16:00

Gənclər və İdman Nazirliyi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində martın 1-də Zaqatalada yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyinə start verilib. Zaqatala rayon Gənclər və İdman İdarəsinin və rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 60 şahmatçı mübarizə aparır.

Şahmat birinciliyi martın 5-dək davam edəcək. Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

Ümumiyyətlə, “İdman həftəsi” çərçivəsində Zaqatala rayonunda yeniyetmələr arasında futbol və basketbol üzrə rayon birinciliklərinin keçirilməsi də nəzərdə tutulur.

Keçidlər