Zaqatala rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə görülən profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri mərkəzin giriş və muzey hissələrini, dəhlizləri, kitabxana, dərnək və digər təyinatlı otaqları əhatə edib. Onun sözlərinə görə, koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə mərkəz tərəfindən sanitar-gigiyenik qaydalara nəzarət də gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub. Əməkdaşlara və ziyarətçilərə karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı müvafiq təlimat və tövsiyələr verilir.