Şriftin ölçüsü :

Saytın rəngi :

“Zaqatala AGRO İndustry” MMC tütün əkini ilə əlaqədar fermerlərlə müqavilələr bağlayır.

28 fevral 2022 | 16:00

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işlərinə başlanılıb. Cari mövsümdə şirkət tərəfindən bu rayonlarda 600 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 30-dək fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.

İndiyədək bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 450 hektar təşkil edir. Fermerləri tütün şitilləri ilə təmin etmək üçün müəssisənin özündə ümumi sahəsi 12 min kvadratmetrdən çox olan 48 ədəd istixana quraşdırılıb. Tütün toxumları ABŞ-dan gətirilib. Tütün şitilləri aprelin 20-dən etibarən sahələrə köçürüləcək.

Məhdud Məsuliyyətli Cəmiyyətdən verilən məlumata görə, ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 5 min 388 tonadək yaşıl tütün kütləsi daxil olub. Ondan 671 ton quru tütün istehsal edilib.

Keçidlər