Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada 11 min tondan çox fındıq ləpəsi istehsal olunub

23 fevral 2022 | 16:00

Ötən il Zaqatala rayonunun sənaye sektorunda ümumi dəyəri 104 milyon 276 min manat olan 11 min 111,5 ton fındıq ləpəsi istehsal edilib. Ləpə istehsalı əvvəlki illə müqayisədə 3 min 706,1 ton artıb.

   Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında rayonda 170 milyon 427,2 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Məhsul və xidmətlərin 3,9 faizi dövlət, 96,1 faizi isə qeyri-dövlət sektorunun payına düşür. 2021-ci ildə rayonda 33 sənaye müəssisəsi və 48 fiziki şəxs fəaliyyət göstərib.

Keçidlər