Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun ictimai-siyasi həyatında gənclərin rolu getdikcə artır

02 fevral 2014 | 16:00

Zaqatala rayonunun ictimai-siyasi həyatında gənclərin
rolu getdikcə artır

Zaqatalalı gənclər 2 fevral-Azərbaycan Gəncləri Gününü yüksək nailiyyətlər və xoş əhval-ruhiyyə ilə qeyd edirlər. Onlar 2013-cü ildə rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək nailiyyətlər qazanmış, milli mənəvi dəyərlərimizin qorunmasına özünəməxsus töhfələr vermişlər. Bu fikirlər Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 1-də Zaqatala şəhərindəki “Ulduz” şadlıq sarayında keçirilən tədbirdə səsləndirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Gənclər və idman idarəsinin rəisi Araz Əliyev rayon gənclərinin 2013-cü ildə ayrı-ayrı sahələrdə qazandıqları uğurlar barədə danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda dövlət gənclər siyasəti, bədən tərbiyəsi və idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1996-cı ildə Ulu Öndərin təşəbbüsü ilə gənclərin I Forumunun keçirilməsi ölkəmizdə gənclər təşkilatlarının işinin əlaqələndirilməsində mühüm rol oynamışdır. Sevindirici haldır ki, hazırda gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, cüdo üzrə Avropa çempionatının mükafatçısı Oruc Vəlizadə və başqaları çıxış edərək gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Gənc ifaçıların maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda 2013-cü ildə ayrı-ayrı sahələr üzrə fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər