Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində koronavirus əleyhinə kütləvi dezinfeksiya işləri görülüb.

22 fevral 2022 | 16:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, bu sahədə aparılan tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Fevralın 22-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiya işləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, yeraltı keçid, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, satış mərkəzlərində, bankomatların yerləşdiyi ərazilərdə təmizlik və dezinfeksiya işləri görülüb.

Eyni zamanda, rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində, əhalinin sıx olduğu məkanlarda reydlər keçirilir, vətəndaşlar arasında maarifləndirici təbliğat işləri aparılır.

Reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, həmçinin, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi ətraflı izah olunur, tövsiyələr verilir.

Keçidlər